2018-ci ildən etibarən CMS Stone təbii daş sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın təbii daş ehtiyatlarını müasir texnologiyalar və peşəkar yanaşma ilə birləşdirərək memarlıq və tikinti layihələri üçün yüksək keyfiyyətli həllər təqdim edir.
Öz istehsal sahəmiz və peşəkar komandamız sayəsində layihənin bütün mərhələlərini – material seçimi, emal, istehsal və montaj prosesini vahid standartlarla həyata keçiririk.
Bu günə qədər Azərbaycan, Qırğızıstan daxil olmaqla müxtəlif ölkələrdə həyata keçirdiyimiz layihələr keyfiyyətə, davamlılığa və estetikaya olan yanaşmamızı əks etdirir.
Bizim üçün təbii daş sadəcə tikinti materialı deyil – memarlığa dəyər qatan, illərlə öz gözəlliyini qoruyan təbii bir irsdir.
Təbiətin yaratdığı gözəllik, peşəkarlıqla formalaşır.
Keyfiyyət hər bir daşın emal mərhələsindən başlayır.
CMS Stone-da hər bir məhsul peşəkarlıq, dəqiqlik və müasir texnologiyaların vəhdəti ilə hazırlanır. Öz istehsal sahəmiz sayəsində materialın seçilməsindən son emalına qədər bütün prosesə tam nəzarət edirik. Müasir avadanlıqlar və təcrübəli mütəxəssislərimizin işi nəticəsində hər bir layihənin memarlıq tələblərinə uyğun yüksək keyfiyyətli məhsullar istehsal olunur.
Bu sektorda əsas hədəfimiz məhsullarımızın keyfiyyəti və müştərilərin məmnunluğu ilə digər rəqiblərimizdən daima öndə olmaqdır. Zavodda emal edilən məhsullar təkcə yerli bazar və şirkətin öz tələbatı üçün deyil, eyni zamanda ixrac üçün də nəzərdə tutulub. Hazırda istehsal etdiyimiz məhsulları ölkə xaricinə yüksək keyfiyyətlə ixrac edirik.
Yerli xammal olaraq Qazax, Ağstafa, Abşeronun təbii daşlarından istifadə edirik. Yerli xammallardan döşəmə və fasad üçün dekorativ daşlar istehsal edirik. Bundan başqa, hazırda müştərilərə seçim imkanı üçün müxtəlif növ mərmər, qranit, limestone və aqlay daşlarından istehsal olunan hər növ məhsulu təklif edirik.
CMS Stone olaraq hər layihədə keyfiyyət, dəqiqlik və etibarlılığı əsas prinsipimiz hesab edir, təbii daşın zamansız dəyərini gələcək nəsillərə daşıyan memarlıq həlləri yaradırıq.
Bütün çeşidlərə bax